Rusiya Ukraynanın Odessa şəhərinin mərkəzinə raket zərbəsi endirib. Hücum nəticəsində yaralananlar var.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib.
"Rusiya terrorçuları Odessanın mərkəzinə raket hücumu həyata keçiriblər. Xəsarət alanlar var", - o deyib.
Bununla belə, Kuper alanların sayını dəqiqləşdirməyib.
Bundan başqa, Rusiyanın raket hücumu nəticəsində Odessanın mülki infrastrukturuna, o cümlədən yaşayış binalarına ziyan dəyib.
QAZİLER.AZ





