Gürcüstan paytaxtı yenidən QARIŞIR

Gürcüstan paytaxtı yenidən QARIŞIR backend

Gürcüstanda "Gürcü Arzusu " partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etiraz edən müxalifət Tbilisidə yenidən etiraz aksiyaları keçirib.

QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, etirazçılar paytaxtın mərkəzindəki Qəhrəmanlar meydanını bağlayıb və nümayişin saat 22:00-a qədər davam edəcəyini bildiriblər. Ərazidə avtomobillərin hərəkəti də məhdudlaşdırılıb.

Müxalifət liderləri həmçinin bildiriblər ki, genişmiqyaslı etiraz aksiyası bazar günü, noyabrın 24-də davam etməlidir.

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Noyabrın 16-da Gürcüstan Mərkəzi Seçki Komissiyasının ( MSK ) sədri Giorgi Kalandarişvili parlament seçkilərinin yekun protokolunu imzalayıb.

Diaspora