Lukaşenko etirazlar olacağı təqdirdə Belarusda interneti tamamilə bağlamaqla hədələyib - VİDEO

Lukaşenko etirazlar olacağı təqdirdə Belarusda interneti tamamilə bağlamaqla hədələyib - VİDEO backend

Aleksandr Lukaşenko Belarusda yeni kütləvi etirazlar olacağı təqdirdə interneti bağlamaqla hədələyib. Ölkədə yeni prezident seçkiləri 2025-ci ilin yanvarına təyin edilib.

Qaziler.az "BelTa" ya istinadən bildirir ki, bu barədə Lukaşenko deyib.

Minsk Dövlət Linqvistik Universitetində bir neçə təhsil müəssisəsinin tələbələri ilə görüşdə Lukaşenko bildirib ki, Belarusda kütləvi etirazlar təkrarlanarsa, internet tamamilə kəsiləcək.

"Siz nə düşünürsünüz, sabah ölkə olmasa, mən baxıb dua edəcəyəm ki, sən kiməsə yazmamısan?" deyib və əlavə edib ki, "2020-ci ildə internet ona görə kəsilib ki, “sonra söhbət ölkənin taleyindən gedirdi"

O, həmçinin qeyd edib ki, internetin bağlanması ilə bağlı qərarı şəxsən özü verib.

QAZİLER.AZ

 

 

Diaspora