Şimali Qazaxıstan vilayətinin Akkayınski rayonunun Dayındıq kəndinin sakinləri alkoqoldan tamamilə imtina ediblər.
Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, son iki ildə qəsəbədə bir dənə də olsun ağır cinayət, oğurluq və ailə münaqişələri qeydə alınmayıb.
Zarina Ayupova 5 il əvvəl ailəsi ilə Dayındıq kəndinə köçüb.
“Bu kənddə heç kim spirtli içki qəbul etmir, boş-boş gəzən yoxdur, hamı işləyir, mağazada spirtli içki satılmır, hər kəs öz işi ilə məşğuldur. Kəndimiz çox sakitdir”, - yerli sakin deyir.
Vaxtilə məhv olmaq ərəfəsində olan kənd indi rayonun nümunəvi yaşayış məntəqələrindən biridir. “Üzdik 30 aul” respublika layihəsində kənd qabaqcıl yerlərdən birini tutub.
Kənd sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri və idmanla məşğul olmaları üçün şərait yaradılıb.
Hazırda yerli məktəbdə 97 şagird təhsil alır. Məzunlar tələbat olan peşələrə yiyələnir və doğma kəndlərinə qayıdırlar.
QAZİLER.AZ