Gürcüstanın keçmiş baş naziri diplomatları parlamentin iclasında iştirak etməməyə çağırıb

Gürcüstanın keçmiş baş naziri diplomatları parlamentin iclasında iştirak etməməyə çağırıb backend

Gürcüstanın keçmiş baş naziri diplomatları 11-ci çağırış parlamentin iclasında iştirak etməməyə çağırıb

Gürcüstanın keçmiş baş naziri, “Gürcüstan naminə” partiyasının lideri Giorgi Qaxariya “Gürcü arzusunun manipulyasiya və spekulyasiyaya yol verməməsk üçün” ölkədə akkreditə olunmuş səfirləri parlamentin 11-ci çağırışının ilk iclasında iştirak etməməyə çağırıb”.

Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki,müxalifətçi bunu mətbuat konfransında deyib.

“Sizdən Gürcüstan vətəndaşlarının seçkilərdə birgə iştirakının mahiyyətini, məzmununu və mənasını müdafiə etməyinizi xahiş etmək istərdim. Gəlin, Gürcüstanda hakimiyyətin dinc yolla dəyişməsi üçün əsas demokratik institut kimi seçkilərin məzmununu və əhəmiyyətini də birlikdə müdafiə edək.

Bildiyiniz kimi, bu gün Gürcüstan küçələrində on minlərlə gürcü vətəndaşı oğurlanmış səslərə və seçkilərin nəticələrinə etiraz edir. Strateji tərəfdaşlarımız kimi, sizin dövlətlərin və Avropa İttifaqının rəhbərləri də seçkiləri legitimləşdirmək üçün tam müstəqil araşdırmanın zəruri olduğunu deyirlər.

Bu arqumentlərə əsaslanaraq, sizdən xahiş etmək istəyirəm ki, 11-ci çağırış Parlamentin ilk iclasında iştirak etməyəsiniz və bununla da Gürcüstan vətəndaşlarının iradəsini qoruyasınız ki, sonrakı seçkilərdə saxtakarlıq olmasın...", - Qaxariya bildirib.

QAZİLER.AZ

Diaspora