Müharibənin bitməsi Putindən asılıdır, lakin o, ABŞ və Trampdan zəifdir – Zelenski

Müharibənin bitməsi Putindən asılıdır, lakin o, ABŞ və Trampdan zəifdir –  Zelenski backend

Bu gün müharibənin dayandırılması məsələsinin çox hissəsi Vladimir Putindən asılıdır. Ancaq bu, ABŞ-dan daha çox asılıdır, çünki Rusiya diktatoru Donald Tramp və Amerikadan daha zəifdir.

Qaziler.az RBC-Ukrayna-ya istinadən bildirir ki,  bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

"Fox News"un jurnalistinin Ukrayna dövlət başçısına: "Putin qərar qəbul edib Ukraynada müharibəyə son qoya bilərmi?" sualına Zelenski  cavab verərək deyib ki, bəli, belədir, amma bu məsələdə ABŞ-ın rolu daha böyükdür, çünki Kremlin rəhbəri Amerikadan zəifdir.

“Mən əminəm ki, bu gün Putindən çox şey asılıdır. O bunu edə bilər. O, bu müharibəni bitirmək istəyə bilər. Ancaq bu, həm də Amerika Birləşmiş Ştatlarından, daha çox asılıdır. Çünki Putin ABŞ-dan daha zəifdir", - Ukrayna prezidenti deyib.

QAZİLER.AZ

 

 

Diaspora