Türkiyənin Niğde vilayətinin Çamardı rayonunda Aladağlar dağlarında itən Belarus əsilli iki bacı alpinistin tapılması üçün işlərə yenidən başlanılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Aladağlardakı Sokullupınardan Kızılkaya zirvəsinə qalxdıqdan sonra xəbər alınmayan Valentino və Mariao İvankovaya çatmaq üçün səhər saatlarında səylər davam etdirilib.
Niğde Jandarma Axtarış-Xilasetmə (JAK) və AFAD qrupları Sokullupınar marşrutu üzərində Kızılkaya zirvəsi və Emli Vadisi bölgəsində işlərini davam etdirir. Ankaradan havaya qalxan pilotlu kəşfiyyat təyyarəsi də bölgədə skan işləri aparır.
Noyabrın 16-da Aladağların Sokullupınar yerindən Kızılkaya zirvəsinə çıxan belaruslu iki bacı Valentino və Mariao İvankovadan heç bir xəbər alınmayıb və Belarus Konsulluğunun noyabrın 19-da Niğde Qubernatorluğuna məlumat verməsindən sonra axtarış-xilasetmə əməliyyatına başlanılıb.
QAZİLER.AZ