Dayanacaq üstündə çıxan davada 2 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, hadisə Türkiyənin Aksaray şəhərində baş verib.
Eski Sanayi Prospektində H.A. və Ü.K. ilə M.D., İ.E.D. və Y.E.D. arasında parklama yeri üstündə mübahisə düşüb.
Mübahisənin davaya çevrilməsi nəticəsində H.A. bıçaqla yaralanıb, Ü.K. döyülüb. Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili tibb yardım briqadası göndərilib.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.
Hadisədən sonra qaçıan Laləli rayonunda İ.E.D və İ.E.D-nin olduğu avtomobil polis maşınına çırpılıb. Qəzada polis əməkdaşı M.K. yaralanıb.
Təcili yardımla Aksaray Təhsil və Araşdırma Xəstəxanasına aparılan polis məmurunun vəziyyətinin yaxşı olduğu öyrənilib.
Davada iştirak etməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
QAZİLER.AZ