Rusiyanın Yekaterinburq şəhərində xəstəxanada baş verən yanğına səbəb damda aparılan təmir işləri olub.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 18-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Bir qədər əvvəl damda təmir işləri aparılıb, izolyasiya yanıb", - idarədən Telegram kanalında aydınlıq gətirilib.
Fövqəladə Hallar Nazirliyi öz Telegram kanalında hadisə yerində 48 mütəxəssis və 16 texnikanın işlədiyini açıqlayıb.
QAZİLER.AZ