Ermənistan və İran arasındakı “Aqarak” sərhəd-keçid məntəqəsi erməni TIR sürücüləri tərəfindən bağlanıb.
QAZÍLER.AZ Axar.az-a istinadən xəbər verir ki, yük maşınlarının sürücüləri Ermənistana qayıdarkən almalı olduqları dizel yanacağının qiymətinin İran hakimiyyəti tərəfindən kəskin artırılması qərarına qəzəbləniblər.
Mövcud qaydalara görə, Ermənistanın ağır yük maşınları İrana boş çənlərlə daxil olur və dolu geri dönürlər.
Narazılıq həm də onunla bağlıdır ki, sərhəd nəzarəti vəsiqələri erməni dilinə tərcümə olunmadan yalnız fars dilində verilir.