Nazirlər Kabineti hərbçilərə ödənişləri tənzimləyən iki qərarda dəyişiklik edib. Söhbət işğalçı ölkənin ərazisində döyüş əməliyyatları aparan döyüşçülərdən gedir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna Nazirlər Kabinetinin parlamentdəki nümayəndəsi Taras Melniçukun Teleqram kanalına istinadən məlumat yayıb.
Yuxarıda qeyd edildiyi kimi, ödənişlər işğalçı ölkənin ərazisində döyüş tapşırıqlarını yerinə yetirənlərə aid olacaq.
Düzəlişlərə görə:
"Təcavüzkar ölkənin ərazisində Ukraynanın müdafiəsini təmin etmək üçün fəaliyyət göstərən hərbi qulluqçular: bu cür hərəkətlərdə və fəaliyyətlərdə iştirak vaxtı ilə mütənasib olaraq ayda 100 min qrivna. Buraya tapşırıqların yerinə yetirilməsinin hər 30 günü üçün 70 min qrivnanın birdəfəlik ödənişi daxildir;
Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin, Ukrayna Milli Antikorrupsiya Bürosunun və polisin əməkdaşları təcavüzkar dövlətin ərazisində olarkən bu cür əməliyyat və hadisələrdə iştirak etdikləri vaxta uyğun olaraq ayda 100 min qrivna alırlar.
Təcavüzkar ölkənin ərazisində yaralananlar - 100 min qrivna məbləğində əlavə mükafat;
Hərbçi döyüş tapşırığını yerinə yetirərkən təcavüzkar ölkənin ərazisində həlak olarsa, döyüşçünün yaxınlarına 15 milyon qrivna almaq hüququ verilir;
Xatırladaq ki, RBC-Ukrayna üç dəfə “Hərbi xidmətlərə görə xaç” ordeni ilə təltif olunan ukraynalıların əlavə ödənişlər alacağını yazıb. Həmçinin oktyabr ayında hökumət həlak olan hərbçilərin və polis zabitlərinin ailələrinə ödəmə qaydasını dəyişib.
QAZİLER.AZ