Abxaziyada etirazçılar parlamentin ərazisinə daxil olub - VİDEO

Abxaziyada etirazçılar parlamentin ərazisinə daxil olub - VİDEO backend

Abxaziyada etirazçılardan ibarət yük maşını parlamentin hasarını sındırıb və etirazçıların bir hissəsi əraziyə daxil olub.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 15-də yerli KİV məlumat yayıb.

Qeyd olunur ki, hazırda etirazçılarla polis arasında toqquşmalar gedir. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına yumurta və plastik butulkalar atırlar.

Sputnik Abxaziya yazır ki, Respublika Səhiyyə Nazirliyinin ilkin məlumatlarına görə, toqquşmalarda 8 nəfər xəsarət alıb.

Qeyd olunur ki, səhər saatlarında müxalifətin çağırışı ilə insanlar parlamentin yaxınlığında toplaşmağa başlayıb. Ali qanunverici orqan Rusiya ilə investisiyalar haqqında hökumətlərarası sazişin ratifikasiyası məsələsinə baxmalı idi, lakin iclas gələn həftəyə təxirə salınıb.

Xatırladaq ki, noyabrın 15-də Gürcüstanın Abxaziya Muxtar Respublikasında etirazlar başlayıb. Etirazçılar Rusiya ilə “investisiya müqaviləsi”nə etiraz etmək üçün küçələrə axışıblar.

QAZİLER.AZ

 

Diaspora