Rusiya Federasiyasının Çuvaş Respublikasının Novoçeboksarsk şəhərində 19 məktəbli və bir böyük zəhərlənib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 15-də “İzvestiya”nın mənbəsi məlumat verib.
İlkin məlumatlara görə, zərərçəkənlərə qastroenterit diaqnozu qoyulub.
Hazırda üç uşaq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Daha 17 nəfərin müalicəsi ev şəraitində aparılacaq.
Hadisənin digər təfərrüatları məlum deyil.
QAZİLER,AZ