Türkiyənin Bursa şəhərinin Mudanya rayonunda zeytun işçilərini daşıyan maşın idarəetmədən çıxaraq aşıb. Qəzada 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Çınarlı kəndində zeytun işçiləri daşıyan Emrah Balkancının olduğu "Pikap" idarəetməsini itirərək aşıb.
İçərisində 8 nəfərin olduğu avtomobil orta yolda əncir ağaclarına çırpılaraq dayanıb.
İşçilərdən Gülbəyaz Alakın hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Xəsarət alan 7 nəfər hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara çatdırılıb.
QAZİLER.AZ