Türkiyənin 16 vilayətində "Kuyu-37" əməliyyatları: 207 həbs

Türkiyənin 16 vilayətində "Kuyu-37" əməliyyatları:  207 həbs backend

Türkiyədə mərkəzi Adana olmaqla 16 vilayətdə qırmızı büllitenlə axtarışda olan, ölkə xaricində yaxalanaraq tutulan Ramazan Bayğaranın təşkil etdiyi mütəşəkkil cinatət təşkilatına qarşı "Kuyu-37" əməliyyatı ilə gözaltına alınan 286 nəfərdən 207-si həbs edilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, vilayət təhlükəsizlik müdirliyi qrupları tərəfindən Adana mərkəzli İstanbul, Ankara, İzmir, Osmaniye, Mersin, Niğde, Bursa, Antalya, Şanlıurfa, Qaziantep, Kırklareli, Batman, Mardin, Muş və Sakaryada həyata keçirilən əməliyyatlar çərçivəsində axtarışda olan 4 nəfərin də ələ keçirilməsi  ilə  tutulanların sayı 286-ya yüksəlib.

Şübhəlilərdən 10-u prokurorluqdakı ifadələrindən sonra sərbəst buraxılıb, 276-sı isə saxlanılıb.

Şübhəlilərdən 207-si  həbs edilib, onlardan 69-u məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

İstintaq çərçivəsində barələrində həbs qətimkan tədbiri seçilən və ünvanlarında tapıla bilməyən 45 şübhəlinin tutulması üçün polis işlərini davam etdirir.

QAZİLER.AZ

 

Diaspora