Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda dəfn zamanı 1100 sikkə və keramika parçaları tapılıb. Tarixi əsər sayılan tapıntı Tarsus Muzey Müdirliyi qruplarına təhvil verilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bir ay əvvəl rayon ərazisində yol qəzası keçirən Nuri Kavaş müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Namazdan sonra Kavasın cənazəsi Yunusoğlu Məhəlləsi qəbiristanlığında torpağa tapşırılıb.
Bu arada cəsədin basdırıldığı yerdə sikkə və keramika parçaları görənlər vəziyyəti jandarma və Tarsus Muzey Müdirliyinə bildirib.
Bölgəyə gedən qruplar və səlahiyyətlilər cəsədin basdırıldığı ərazinin ətrafında təhlükəsizlik zolağı qurublar.
QAZİLER.AZ