Koalisiya dağılsa da Almaniya 2025-ci ildə də Ukraynaya kömək etməyə davam edəcək - "Reuters"

Koalisiya dağılsa da Almaniya 2025-ci ildə də Ukraynaya kömək etməyə davam edəcək -  "Reuters" backend

Almaniya 2025-ci ildə Ukraynaya yardımı davam etdirəcək. Bu, koalisiyanın dağılmasına baxmayaraq baş verəcək.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters” xəbər verir.

Nəşr qeyd edib ki, Almaniya koalisiya hökumətinin dağılması səbəbindən 2025-ci ilin büdcəsi vaxtında qəbul edilməsə belə, Ukraynaya vəd etdiyi 4 milyard avronun böyük hissəsini təqdim edə biləcək.

Bunun səbəbi ondan ibarətdir ki, vəsaitlər əsasən nəzərdə tutulub, ona görə də büdcə qəbul olunmazsa, onlar müvəqqəti büdcə idarəçiliyi altında buraxıla bilər.

Eyni zamanda, gələn ilin büdcəsində ehtimal olunan gecikmə yeni layihələrə heç bir xərc çəkilməməsi demək ola bilər. Lakin bəzi xərclər, məsələn, Ukraynaya əlavə yardım hələ də qəbul edilə bilər.

QAZİLER.AZ

Diaspora