Rusiya prezidenti Vladimir Putin NATO-nu dünyada qalan yeganə blok və “açıq anaxronizm” adlandırıb.
Qaziler.az "İzvestiya"ya istinadən bildirir ki, bu barədə Rusiya dövlət başçısı noyabrın 7-də "Valday" klubunun plenar iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu yeganə hərbi blokdur ki, təsirini genişləndirmək cəhdi ilə beynəlxalq normaları və öz prinsiplərini pozur.
Putin qeyd edib ki, Birləşmiş Ştatlar alyansın müasir dünyada aktuallığını itirdiyini başa düşür, lakin onlar üçün öz təsir zonasını idarə etmək üçün bir vasitə kimi vacib olaraq qalır.
QAZİLER.AZ