Noyabrın 8-də Qazaxıstanın Pavlodar vilayətində hava şəraitinin pisləşməsinə görə məktəblərdə dərs keçirilməyəcək.
Qaziler.az Kazinform-a istinadən xəbər verir ki, bu barədə regional təhsil idarəsi məlumat yayıb.
İdarədən verilən məlumata görə, məktəblərdə 1-11-ci siniflər, eləcə də məktəbəqədər təhsil müəssisələrində tədris ləğv edilib. Eyni zamanda, kolleclərin 1-ci və 2-ci kurs tələbələri distant təhsilə göndərilib. Bildirilir ki, bu, yalnız birinci növbəyə aiddir.
Xatırladaq ki, bu gün Pavlodar vilayətində bütün gün ərzində güclü külək əsib, küləyin sürəti saniyədə 28 metrə çatıb. Rayonda 15 binanın dam örtüyü uçub.
Bu arada Pavlodarda ağac qadının üstünə aşıb. Zərərçəkmiş aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 2024-cü il noyabrın 7-də Pavlodar, Ekibastuz və Aksu şəhərlərində də şagirdlər üçün dərslər ləğv edilib.
QAZİLER.AZ