Rusiyalı müğənni Danko (əsl adı Aleksandr Fadeyev) “Bars-Krım” könüllülər birliyinə qoşulub.
Qaziler.azbildirir ki, bu barədə noyabrın 7-də Yalta administrasiyasının rəhbəri Yelena Pavlenko məlumat verib.
"Bu gün bizim böyük dostumuz, əsl vətənpərvər, müğənni Danko "Bars-Krım" könüllü birliyinin sıralarına qoşuldu", - Pavlenko Telegram kanalında yazıb.
O, müğənninin altı il əvvəl Yaltaya köçdüyünü və orada yaradıcılıqla məşğul olduğunu xatırladıb. İndi müğənninin şəhərin müdafiəsinə qalxması icra başçısını qürurlandırır.
Pavlenko bildirib ki, Krımın rəhbəri Sergey Aksenovun təşəbbüsü ilə respublikanın sahilyanı şəhərlərində “Bars-Krım” dəstələri yaradılır. Bu bölmələr bölgəni diversantların sızmasından qorumaq üçün lazımdır və təhlükə yaranarsa, könüllü döyüşçülər hərbçilərlə birlikdə təhlükə ilə mübarizə aparmağa hazırdır.
QAZİLER.AZ