Moskva Dövlət Universitetinin Fizika fakültəsi təcili antiepidemiya tədbirləri tətbiq edib və noyabrın 23-dək distant təhsilə keçib.
Qaziler.az bildirir ki, bu barədə “NEWS.ru” fakültə rəhbərliyinə istinadla məlumat yayıb.
Bütün tədbirlər, çoxfunksiyalı təlimlər və xüsusi kurslar məsafədən həyata keçiriləcək. Bu, qızılca xəstəliyinin yayılmasının qarşısını almaq və karantin müddətini minimuma endirmək üçün edilir.
“İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin göstərişlərinə uyğun olaraq, Fizika fakültəsində təcili antiepidemiya tədbirləri tətbiq edilir”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ