FETÖ üzvü olan fərari zabit yaxalandı

FETÖ üzvü olan fərari zabit yaxalandı backend

FETÖ üzvü olduğu iddiası ilə 1 il 8 ay həbs cəzası alan fərari Türkiyənin Kırıkkale şəhərində yaxalanıb.

Qaziler.az bildirir ki, bununla bağlı TRT-Haber məlumat yayıb.

Kırıkkale Vilayət Polis İdarəsindən verilən açıqlamaya görə, FETÖ-nün hərəkət və fəaliyyətlərini deşifrə etmək üçün Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qrupları tərəfindən koordinasiyalı iş aparılıb.

Bu çərçivədə təşkilat üzvü olduğu üçün 1 il 8 ay həbs cəzası alan keçmiş kiçik zabit M.G. yaxalanıb.

Prosedurlardan sonra məhkum təcridxanaya təhvil verilib.

QAZİLER.AZ

Diaspora