Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinin Maksimovka və Antonovka yaşayış məntəqələrini ələ keçirib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 6-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Maksimovkanın “Vostok” qoşun qruplaşmasının bölmələri tərəfindən aktiv əməliyyatlar zamanı götürüldüyü dəqiqləşdirilir. Həmçinin Rusiya ordusu Donetskin Zelyonoe Pole, Velikaya Novoselka və Zaporojye vilayətinin Temirovka qəsəbələri ərazilərində Ukrayna Silahlı Qüvvələrinin birləşməsini məğlub edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukraynanın itkiləri 125 nəfər təşkil edib. Ukrayna ordusu həmçinin bir tank, bir piyada döyüş maşını, iki zirehli döyüş maşını, dörd maşın və ABŞ istehsalı olan “Paladin” 155 millimetrlik özüyeriyən artilleriya qurğusunu itirib.
Həmçinin qeyd edilir ki, "xüsusi hərbi əməliyyat" zonasında hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus MiQ-29 təyyarəsini vurub.
QAZİLER.AZ