Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb. Onlar 7 fevral 2025-ci il tarixinədək etibarlı olacaq.
RBC-Ukrayna öz Telegram-a istinadən yazır ki, bu barədə “Qolos”un xalq deputatı Yaroslav Jeleznyak bildirib.
“Prezident hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan 12152 və 12151 saylı qanunları imzalayıb", - deputat qeyd edib..
Xalq deputatının sözlərinə görə, hərbi vəziyyət və səfərbərlik 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-dək qüvvədə olacaq.
"Bu, 13-cü dəfə idi ki, hərbi vəziyyət haqda qanunu imzalanır", - Jeleznyak deyib.
QAZİLER.AZ