Misirli tələbə ukraynalı hərbçilərə əsir düşdü

Misirli tələbə ukraynalı hərbçilərə əsir düşdü backend

Rusiyada Misirli tələbə Ukraynaya qarşı müharibədə iştirak etmək üçün səfərbər edilib. Bu, o, Rusiya vətəndaşlığını aldıqdan sonra baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna 79-cu Hava Hücum Tavriya briqadasının mətbuat xidmətinin rəhbəri Orest Drimalovskinin açıqlamasına istinadən xəbər verir.

O bildirib ki, Kuraxovo istiqamətində ukraynalı desantçılar bir misirlini əsir götürüblər. O, Rusiyaya İT texnologiyaları sahəsində ali təhsil almaq üçün gəlib.

Amma misirli Rusiya pasportunu aldıqdan sonra, demək olar ki, dərhal ona çağırış vərəqəsi verilib. Bir ay sonra misirli Kuraxovoya hücumda iştirak etək üçün  göndərilib. 

“Onun bəxti gətirib, hücum zamanı sağ qalıb və  əsir götürülüb. Maraqlı personajdır - dörd dil bilir, poliqlotdur. Ola bilsin ki, onu Rusiya əsirliyində olan ukraynalı oğlanlarla dəyişmək mümkün olsun”, – Drimalovski deyib.

QAZİLER.AZ

 

 

Diaspora