Ukrayna müdafiəçiləri artıq Rusiyaya təhvil verilmiş Şimali Koreya əsgərləri ilə qarşıdurmada iştirak ediblər.
Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
Müdafiə naziri qeyd edib ki, belə bir toqquşma Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakının rəsmi başlanğıcı sayıla bilər.
Amma Umerov aydınlaşdırıb ki, Şimali Koreya əsgərlərinin döyüşlərdə iştirakı hələ sistemli deyil.
Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Şimali Koreya qoşunları buryat qiyafəsində gizləndiyindən və rusiyalı işğalçıları ilə qarışdığından, dəqiq açıqlamalar verməzdən əvvəl itkilərin və əsirlərin dəqiq sayı yoxlanılmalıdır.
"Biz Şimali Koreya qüvvələri ilə təmasları izləyirik, lakin inanırıq ki, bir neçə həftə ərzində daha çox döyüş olacaq və biz onları təhlil edib müvafiq şəkildə həll edəcəyik" dedi.
Onun sözlərinə görə, hər birində 3 minə yaxın əsgər olan beş Şimali Koreya batalyonu min yarım kilometrə qədər uzanan cəbhədə fəaliyyət göstərəcək. Beləliklə, Kursk vilayətində şimali koreyalıların sayı 15 minə qədər arta bilər.
QAZİLER.AZ