Ermənistanın keçmiş baş prokurorunun müavini 32 yaşlı Srbui Qalyan ədliyyə naziri vəzifəsinə təyin edilib. Müvafiq fərmanı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan imzalayıb.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Əvvəllər bildirilirdi ki, hakim "Vətəndaş Sazişi" Partiyası uzun axtarışlardan sonra onun namizədliyi üzərində dayanıb.
Dünən Qalyan baş prokuror müavini vəzifəsindən azad edilib. O, prokurorluqda qanunsuz mənşəli əmlakın müsadirəsi şöbəsinə rəhbərlik edirdi.
O, 2019-cu ildən ədliyyə nazirinin müavini olub.
Oxu.az