Qazaxıstanda ticarət binasının damının bir hissəsi avtobusların üzərinə uçub

Qazaxıstanda ticarət binasının damının bir hissəsi avtobusların üzərinə uçub backend

Qazaxıstanın Semey şəhərində mərkəzi avtovağzalda “Akşın” ticarət evinin metal konstruksiyaları uçaraq avtobusları əzib.

Qaziler.az Kazinform agentliyinə istinadən xəbər verir ki, polisin məlumatına görə, çökmə bu gün günorta saatlarında baş verib. Hadisə barədə 102-ci kanala məlumat verilib. Dərhal polis və fövqəladə hallar xidməti hadisə yerinə gedib.

"Alınan məlumata görə, “Akşın” ticarət evinin damı avtobusların üzərinə aşıb. Nəticədə metal konstruksiya 2 avtobusa ziyan vurub. İlkin məlumata görə, vətəndaşlar arasında tələfat və xəsarət alan yoxdur. Lakin avtomobil parkına maddi ziyan dəyib”, - deyə Abay Rayon Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, ticarət mərkəzinin binası irimiqyaslı yanğından sonra yararsız vəziyyətə düşüb.

Bu il fevralın 6-na keçən gecə Semey şəhərinin ən böyük geyim bazarında yanğın baş verib. Yanğını dərhal söndürmək mümkün olmayıb, daha sonra 3-cü mərtəbənin dam örtüyü qismən uçub. Faktla bağlı Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 292-ci maddəsi ilə “Yanğın təhlükəsizliyi tələblərinin onlara əməl olunmasına cavabdeh şəxs tərəfindən pozulması” ilə bağlı araşdırma başlanılıb. İş hələ tamamlanmayıb.

 binanın özü təmir olunmayıb. Yeni çökmənin  səbəbinin məhz bu olduğu bildirilir.

QAZİLER.AZ

Diaspora