Tbilisinin keçmiş meri Qiqi Uqulavanın bank hesabına həbs qoyulub.
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bu barədə siyasətçi sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, bank hesabına həbs qoyulmasına səbəb Vazisubani ərazisində avtobusda biletsiz getməyə görə cərimənin ödənilməməsi olub.
Uqulava Vazisubani avtobuslarında “nə biletli, nə də biletsiz”geymədiyini iddia edir:
“Bank indicə mənə bildirdi ki, hesabım dondurulub. Məlum oldu ki, bu, meriyanın təşəbbüsüdür və cərimə 130-cu maddənin 4-cü bəndinə əsasən inzibati xətaya görədir. Məni avqustun 24-də Vazisubaniyə avtobusda biletsiz getməkdə ittiham edirlər.
Şəhər meriyasının qaynar xətti deyir ki, bundan şikayət etmək lazımdır.
Bunun səhv olduğu aydındır. Vazisubaniyə nə biletli, nə də biletsiz avtobusla getməmişəm. İndi mən bu absurdluqla məşğul olmalıyam", ", -siyasətçi deyib..
Mənim başqa işim yoxdur! Çox sevdiyim meriyanın bir böyük bürokratik xaosa çevrilməsi təəssüf doğurur. Bunu özünüz anlayın, yoxsa cənab Kaxa hara müraciət etməyin lazım gəldiyini göstərsin!” – deyə siyasətçi yazır.
Giqi Uqulava Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin komandasının dövründə Tiflis meri olub. O, genişmiqyaslı şəhər islahatlarını fəal şəkildə təbliğ edirdi, lakin onun fəaliyyəti ziddiyyətli qiymətləndirmələrə səbəb olmuşdu.
QAZİLER.AZ