Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının (TDT) 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstana gedib.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə PrezidentiRəcəb Tayyib Ərdoğan yerli vaxtla saat 13.20-də “CAN” təyyarəsi ilə Atatürk Hava Limanından Qırğızıstana yola düşüb.
Fəxri qarovul dəstəsini qarşılayan Ərdoğanı İstanbul valisi Davud Gül və digər rəsmi şəxslər yola salıb.
Prezident Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, milli müdafiə naziri Yaşar Gülər, səhiyyə naziri Kamal Memişoğlu, nazirlik və digər rəsmi şəxslər müşayiət ediblər. Ticarət Ömər Bolat, MİT sədri İbrahim Kalın, onu Prezident Administrasiyasının Kommunikasiyalar Direktoru Fahrettin Altun, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, AK Partiya sədr müavini və partiya sözçüsü Ömər Çelik və bəzi rəsmilər müşayiət edib.
QAZİLER.AZ