Əhməd Cavad İnstitutunun direktoru: “Xarıbülbül” bütün türk dünyasının rəmzidir

Əhməd Cavad İnstitutunun direktoru: “Xarıbülbül” bütün türk dünyasının rəmzidir backend

“Qarabağın rəmzi olan xarıbülbül çiçəyi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir”.

QAZÍLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin baş müşaviri, Əhməd Cavad İnstitutuna rəhbərlik edən professor Ruhi Ersoy melumat verib. 

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfəri ötən əsrdə itirilmiş tarixi Türk torpaqlarının geri qaytarılması yolunda daha bir addım olub. R.Ersoy bildirib ki, bu istiqamətdə ilk addım 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə sülhün bərqərar edilməsi əməliyyatı olub.

O xatırladıb ki, tarixin ən çətin dövründə belə, Osmanlı ordusu eyni vaxtda bir çox cəbhədə vuruşduğu, ermənilərin Şərqi Anadoluda türklərə qarşı qırğınlar törətdiyi bir vaxtda Qafqaz İslam Ordusu Azərbaycana kömək üçün göndərilmişdi.

Onun sözlərinə görə, Azərbaycan xalqı da dəfələrlə Türk xalqına yardım əlini uzadıb.

“Mən Qarabağ müharibəsində bütün şəhidlərin xatirəsini ehtiramla yad edirəm. İşğal altında olan torpaqların azad edilməsi uğrunda mübarizədə Azərbaycan övladlarının göstərdiyi qəhrəmanlıq Türk dünyasının qürur mənbəyinə çevrildi”, - deyə professor qeyd edib.

R.Ersoy bildirib ki, Azərbaycanın Qələbəsinin dördüncü ildönümündə Əhməd Cavad İnstitutu, Azərbaycanın Ankaradakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə paytaxtda konsert proqramı keçiriləcək.

 

 

Diaspora