Tacikistan milisi (polis - red.) cadugər və falçı hesab edilən 1,5 minə yaxın adamı saxlayıb.
Qaziler.az bildirir ki, Bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
Ümumilikdə, 2024-cü ilin mayından bu kampaniya çərçivəsində 7,5 min nəfər saxlanılıb.
Onların arasında 5 min formal dini təhsili olmayan molla, o cümlədən 1,5 min cadugər və falçı da var.
Sonuncular respublika vətəndaşlarına öz xidmətlərini göstərirdilər.
QAZİLER.AZ