Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan 29 yaşlı deputat Kursk yaxınlığında itkin düşüb

Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayan 29 yaşlı deputat Kursk yaxınlığında itkin düşüb backend

Kursk vilayətində Başqırdıstan Dövlət Məclisinin fevral ayında Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış 29 yaşlı deputatı Aleksey Lokotçenko yoxa çıxıb.

Qaziler.az bildirir ki, Bu barədə “Ostorojno, novostir” Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Lokotçenko hücum briqadasının tərkibində Kursk yaxınlığındakı Sudjanski rayonunun Borki kəndinə gedib.

Deputat köməkçisinin dediyi kimi, bölmə atəşə tutulub və sonra hərbçilər  təxliyyə edilib.  Lakin düşərgəyə qayıdandan sonra silahdaşları Lokotçenkonun və digər hərbçi Rudolf Baimovun onların yanında olmadığını aşkar ediblər.

O, 29 yaşlı deputatın tutulduğunu və ya artıq həyatda olmadığını etiraf edib.

Başqırdıstan Dövlət Assambleyasının mətbuat xidmətinin nümayəndələri bu məlumatı nə təsdiq, nə də təkzib ediblər.

QAZİLER.AZ

Diaspora