Suriyanın şimalındakı "Fərat qalxanı" və "Barış pınarı" bölgələrində müəyyən edilən 11 PKK/YPG terrorçusu, İraqın şimalında isə “Pəncəyə kilidləmə” əməliyyatı bölgəsində müəyyən edilən 4 PKK terrorçusu zərərsizləşdirilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Milli Müdafiə Nazirliyi, X sosial media hesabından verdiyi açıqlamada O, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış pınarı" bölgələrində müəyyən edilən 11 PKK/YPG terrorçusunu, İraqın şimalında isə "Pəncəyə kilidləmə" əməliyyatı bölgəsində müəyyən edilən 4 PKK terrorçusunu zərərsizləşdirdiyini bildirib.
“Nəfəsimiz onların boyunlarında” başlığı ilə paylaşılan məlumatda bölgədə terrorla mübarizənin istənilən hava və relyef şəraitində fasiləsiz davam edəcəyi vurğulanıb.
QAZİLER.AZ