Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatı gecə saatlarında Rusiyanın Stavropol diyarının Svetloqrad şəhərində neft bazası ərazisinə düşüb. Xəsarət alan olmayıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə noyabrın 1-də vilayətin qubernatoru Vladimir Vladimirov məlumat verib.
“Bu gecə Svetloqraddakı neft anbarının ərazisinə pilotsuz təyyarə düşüb. Ölən və yaralananlar olmayıb. Fövqəladə xidmətlər yerindədir”, - Vladimirov Telegram kanalında yazıb.
QAZİLER.AZ