Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 11 vilayətdə terror təşkilatı PKK-ya qarşı həyata keçirilən Gürz-25 əməliyyatlarında 27 mağara və sığınacaq dağıdıldığını, 661 kiloqram partlayıcının ələ keçirildiyini bildirib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Jandarma Ümumi Komandanlığı TEM Şöbəsi və Kəşfiyyat Müdirliyinin koordinasiyasında; Separatçı terror təşkilatına mənsub terrorçuların Şırnak, Mardin, Elazığ, Hatay b[lg'sində aksiyalar keçirmək üçün mağara və sığınacaqlarda gizlətdikləri partlayıcı, müxtəlif silah və sursatların məhv edilməsi üçün “Gürz-25” təşkil edilib.
Verilən məlumata görə, Muş, Siirt, Tunceli, Iğdır, Bingöl, Bitlis və Hakkaridə aparılan əməliyyatlar zamanı 37 mağara, sığınacaq dağıdılıb.
Bundan başqa, əməliyyatlar zamanı 661 kiloqram partlayıcı maddə, 4 ədəd M79 İstiliklə idarə olunan tank əleyhinə sursat, 3 ədəd RPG-7 reaktiv yaylım atəşi, 3 ədəd PKM pulemyotu, 4 ədəd Draqunov snayper tüfəngi, 12 ədəd Kalaşnikov piyada tüfəngi, 105 ədəd əl qumbarası. reaktiv yaylım atəşi sursatları, 25 ədəd artilleriya, minaatan və 14 min 67 ədəd müxtəlif ölçülü və diametrli döyüş sursatları ələ keçirilib.
Əməliyyatın təfərrüatlarını sosial media hesabından paylaşan Türkiyənin daxili işlər naziri Yerlikaya: "Əməliyyatlarımız ilin 365 günü, 4 mövsüm, 12 ay, gecə-gündüz qətiyyətlə davam edəcək", - deyib.
QAZİLER.AZ