Yunanıstanın dənizə buraxdığı qeyri-qanuni miqrantları Türkiyə xilas etdi

Yunanıstanın dənizə buraxdığı qeyri-qanuni miqrantları Türkiyə xilas etdi backend

Yunanıstan sahil mühafizəsinin dənizdə buraxdığı qayıqda olan qanunsuz miqrantlar Türkiyə Sahil Mühafizəsi tərəfindən xilas edilib.

Qaziler.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Dəniz Qüvvələri Komandanlığının pilotsuz uçuş aparatı (PUA) ilə aparılan kəşfiyyat və müşahidə fəaliyyəti zamanı Samos adasının şərqində Yunanıstan sahil mühafizə gəmisinin qeyri-qanuni mühacirləri daşıyan qayıqdan çıxarkən görüldüyü bildirilib.

Açıqlamada qeyri-qanuni mühacirlərin bölgəyə gələn Sahil Mühafizə Komandanlığının qayığı tərəfindən xilas edildiyi qeyd edilib.

QAZİLER.AZ

Diaspora