Saakaşvilinin partiyası Gürcüstanda etirazları davam etdirməyə çağırıb

Saakaşvilinin partiyası Gürcüstanda etirazları davam etdirməyə çağırıb backend

Saakaşvilinin partiyası Gürcüstanda seçkilərin nəticələri ilə bağlı etirazları davam etdirməyə çağırıb

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinin tanınmaması əlaməti olaraq etirazları davam etdirməyə çağırır.

Qaziler.az RİA Novosti-yə istinadən bildirir ki,  bunu siyasi qüvvənin lideri Tina Bokuçava bildirib.

Onun sözlərinə görə, müxalifətin seçki pozuntuları ilə bağlı hesabatı var və bu hesabatı yaxın vaxtlarda təqdim edəcəklər.

O əlavə edib ki, müxalifətin əsas tələbi qalır: seçki pozuntuları ilə bağlı beynəlxalq araşdırmaya başlamaq zərurəti.

QAZİLER.AZ

Diaspora