Moskva Ukraynaya qarşı müharibəni davam etdirmək üçün vergiləri artırmalı olacaq - "Reuters"

Moskva Ukraynaya qarşı müharibəni davam etdirmək üçün vergiləri artırmalı olacaq -  "Reuters" backend

Rusiya Ukraynaya qarşı müharibəsini maliyyələşdirmək üçün vergiləri daha da artırmalı olacaq. İqtisadçılar bildirirlər ki, artıq elan edilmiş gəlir tədbirləri ölkənin artan hərbi xərclərini maliyyələşdirmək üçün kifayət etməyəcək.

Qaziler.az bildirir ki, bu barədə  “Reuters”xəbər verir.

Rusiyanın 2025-ci il büdcə layihəsi bütün xərclərin təxminən üçdə birini və ya ÜDM-in 6,3%-ni hərbi ehtiyaclara ayırır - bu, Soyuq Müharibədən bəri ən yüksək səviyyədir. İlk dəfə olaraq müdafiə xərclərinin payı sosial xərclərdən iki dəfə çox olacaq.

“2025-ci ilin büdcəsi Putinin müharibəni maliyyələşdirmək üçün demək olar ki, hər sahədə xərcləri azaltmağa məcbur olduğunu göstərir”, - Mərkəzi Bankın keçmiş sədr müavini, iqtisadçı Sergey Aleksaşenko deyir.

Hökumət artıq üçüncü ildir ki, Ukraynada müharibəsini maliyyələşdirmək üçün vergiləri artırmağa başlayıb. Əsas vergi islahatının 2025-ci ildə ÜDM-in 1,7%-i həcmində əlavə gəlir əldə edəcəyi gözlənilir. İqtisadçılar bunun kifayət etməyəcəyini deyirlər.

“Daxili vergilərin tənzimlənməsi hakimiyyətin diqqət mərkəzində qalacaq. Ola bilsin ki, 2025-ci ildə biz vergi qanunları və qaydalarına dəyişikliklə bağlı çoxlu təşəbbüslər görəcəyik”, - "Alfa Wealth"dən Aleksey Klimyuk hesab edir.

QAZİLER.AZ

Diaspora