Oktyabrın 31-də Çerkesk şəhərində yaşayış binasında qaz partlayışı baş verib. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə "İzvestiya" məlumat verib.
Oktyabrın 31-də səhər saatlarında Çerkeskdə çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Qaraçay-Çərkəz Respublikası üzrə mətbuat xidmətindən verilən məlumata görə, binanın dördüncü və beşinci mərtəbələri zədələnib. Xilasedicilər tərəfindən 50 nəfər təxliyə olunub, 92 nəfər və 29 texnika hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb olunub.
“İzvestiya” hadisə yerindən kadrları dərc edib. Onlar göstərir ki, girişlərdən birinin yuxarı mərtəbələri demək olar ki, tamamilə dağılıb. Evin ətrafı mühasirəyə alınıb və təcili yardım xidmətləri işləyir.
Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovun sözlərinə görə, partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəstəxanaya yerləşdirilib.
Regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də öz növbəsində qaz partlayışı zamanı 9 nəfərin xəsarət almasına aydınlıq gətirib.
QAZİLER.AZ