Bu gün, oktyabrın 30-da axşam saatlarında Rusiya hərbçiləri Odessa vilayətinə zərbələr endirib. Onlar 10-a yaxın raketdən istifadə ediblər.
Qaziler.az bildirir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper Teleqramda yazııb.
Onun sözlərinə görə, bu gün düşmənin Odessa vilayətinə hücumu kütləvi xarakteri daşıyıb.
"Düşmən Odessa vilayətinə təxminən on müxtəlif tipli raket atıb", - Kiper qeyd edib.
O əlavə edib ki, düşmənin zərbəsinin nəticələri barədə məlumat daha sonra gələcək. Bütün xidmətlər hücum yerlərində fəaliyyət göstərir.
QAZİLER.AZ