Türkiyənin Bitlis şəhərinin Tatvan rayonunda İŞİD terror təşkilatı üzvü yaxalanıb.
Valilikdən verilən açıqlamaya görə, Milli Kəşfiyyat Təşkilatı və İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsi qrupları silahlı terror təşkilatı İŞİD-ın hərəkət və fəaliyyətlərinin qarşısının alınması üçün işlər həyata keçirib.
Bu çərçivədə oktyabrın 25-də Tatvanda keçirilən əməliyyatda İŞİD üzvü saxlanılıb.
Şübhəlinin yaşadığı evdə aparılan axtarış zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
QAZİLER.AZ