Balıkəsirdə Havran rayonunda mikroavtobusun yolun sağ zolağında dayanan zeytun işçilərinin olduğu mikroavtobusu arxadan vurması nəticəsində 1-i ağır olmaqla 15 nəfər yaralanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Ömər Yılmazın idarə etdiyi zeytun işçilərini daşıyan mikroavtobus Ayrancı yerində naməlum səbəbdən yolun sağ zolağında dayanıb.
Bu vaxt eyni istiqamətdə hərəkət edən Bilgehan Qoçun idarə etdiyi mikroavtobus arxadan ona çırpılıb.
Zərbənin zərbənin təsirindən mikroavtobus xəndəyə düşüb. Qəzada sürücü Bilgehan Qoç və hər iki vasitədə olan 15 nəfər yaralanıb.
Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra yaralılar Havran, Edremit, Burhaniye və Ayvalık rayonlarındakı müxtəlif xəstəxanalara aparılıb.
Qəzada ağır yaralanan Adnan Özmenin Edremit Dövlət Xəstəxanasında əməliyyat olunduğu öyrənilib.
Mikroavtobus sürücüsü Ömər Yılmaz nəzarətə alınıb. Yaralanan digər maşının sürücüsü Bilgehan Qoçun da jandarma nəzarətində müalicə aldığı öyrənilib.
QAZİLER.AZ