İsrail İranın iri raket zavodunu VURUB

İsrail İranın iri raket zavodunu VURUB backend

İsrail İranın Semnan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) idarə etdiyi “Şahrud” kosmik mərkəzini vurub.

Qaziler.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Qeyd olunur ki, “Şahrud” orta mənzilli ballistik raketlərin istehsalı üçün istifadə olunub.

Nəşr bildirir ki, “Associated Press”in əldə etdiyi və təhlil etdiyi “Planet Labs PBC”dən yüksək keyfiyyətli peyk şəkilləri Tehrandan təxminən 370 kilometr şimal-şərqdə, Semnandakı “Şahrud” Kosmik Mərkəzinin də zərər gördüyü müşahidə olunub.

Bundan əvvəl İsrailin üç əyalətə - İlam, Xuzistan və Tehranda İranın RLS-lərinə zərbələr endirməyə cəhd etdiyi məlum olub.

QAZİLER.AZ

Diaspora