Aralıq dənizində Antalyanın Demre mahalı sahillərində 4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
AFAD-ın saytında yer alan məlumata görə, saat 19.43-də episentri Antalyanın Demre rayonu sahillərində 4 bal gücündə zəlzələ qeydə alınıb.
Demrədən 267,88 kilometr uzaqlıqda olan zəlzələnin 7,6 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
QAZİLER.AZ