Kadırov PUA hücumuna məruz qalan Putin adına xüsusi təyinatlılar universitetində olub

Kadırov PUA hücumuna məruz qalan Putin adına xüsusi təyinatlılar universitetində olub backend

Çeçenistan rəhbəri Ramzan Kadırov dronların hücumuna məruz qalan Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələr Universitetinə (RUS) gəlib.

Qaziler.az bildirir ki, bu barədə siyasətçi öz Telegram kanalında məlumat verib.

“Bu gün mən Qudermesdə oldum, burada bu səhər PUA-nın hücumuna məruz qalan V.V. Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin binasına baxış keçirdim.  Xoşbəxtlikdən dəyən ziyan azdır”, - deyə o yazıb.

Kadırov qeyd edib ki, yerindəcə məsul şəxslərə bir sıra tapşırıqlar verib, həmçinin binanı ən qısa zamanda lazımi vəziyyətə gətirəcəyinə söz verib. Sonra o, respublikanın təhlükəsizlik bloku ilə görüş keçirib.

QAZİLER.AZ

Diaspora