Ukrayna Ali Radası baş prokuror Kostinin istefasını təsdiqləyib

Ukrayna Ali Radası baş prokuror Kostinin istefasını təsdiqləyib backend

Ali Rada baş prokuror Andrey Kostinin istefasını dəstəkləyib. Qərar prokurorluq orqanlarında əlillik statusunun qeydiyyatı zamanı sui-istifadə halları ilə bağlı qalmaqallar fonunda qəbul edilib.

Qaziler.az bildirir ki, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak Teleqramda  yazıb.

Kostinin istefasını 255 xalq nümayəndəsi dəstəkləyib.

RBC-Ukraynanın məlumatına görə, prezident Vladimir Zelenski Kostinin yerinə namizədlə bağlı qərar verməyib.

QAZİLER.AZ

Diaspora