Ermənistan indiki məqamda İran və Türkiyə ilə sərhəddəki Rusiya sərhədçilərinin çıxarılması məsələsini qaldırmağı düşünmür.
Bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyan deyib.
O, jurnalistlərin Ermənistan sərhədlərini məhz yerli sərhədçilərin qoruya bilib-bilməyəcəyi barədə sualını cavablandırıb.
Abazyan vurğulayıb ki, indi olmasa da, bu proses mərhələli şəkildə həyata keçiriləcək.
APA