Ukraynanın Berdyansk şəhərində partizanlar körpünü partladıb

Ukraynanın Berdyansk şəhərində partizanlar körpünü partladıb backend

Müvəqqəti olaraq işğal olunmuş Berdyanskda dəmir yolu körpüsü yerli müqavimət qüvvələrinin və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin keçirdiyi xüsusi əməliyyat nəticəsində partladılıb. Rusiya işğalçıları bu körpüdən hərbi yüklərin daşınması üçün istifadə edirdilər.

Qaziler.az bildirir ki, bu barədə məlumatlı mənbəyə istinadən RBC-Ukrayna məlumat yayıb.

Yerli sakinlər oktyabrın 27-də axşam saatlarında sosial şəbəkələrdə bir neçə güclü partlayış barədə məlumat veriblər.

“Uğurlu təxribat tədbirləri nəticəsində Şərq prospektində Vodokanal binası ilə avtoyuma məntəqəsi arasında yerləşən dəmir yolu körpü partladılıb”, - mənbə bildirib.

Onun sözlərinə görə, körpünün dağıdılması Berdyansk ilə dəmir yolu əlaqəsini tamamilə iflic vəziyyətinə salıb və nəticədə müvəqqəti olaraq işğal olunmuş Ukrayna şəhərindəki işğalçı qüvvələrə yanacaq-sürtkü materialları, silah və sursatların çatdırılması mümkünsüz olub.

“Yerli işğal mənbələri və təbliğatçıları “bütün körpülərin bütöv olduğunu” iddia etsələr də, onlar körpünün bütöv göründüyünə dair heç bir fotoşəkil təqdim edə bilməyiblər”, - mənbə əlavə edib.

QAZİLER.AZ

Diaspora