Türkiyədə qatar qəzası: Ölən və yaralananlar var

Türkiyədə qatar qəzası: Ölən və yaralananlar var backend

Türkiyənin Muş vilayətində sərnişin qatarının dəmir yolu xəttinin kənarında işləyən beton nasosa çırpılması nəticəsində 1 maşinist ölüb, 2 maşinist yaralanıb.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Tatvandan Elazığa gedən sərnişin qatarı Muşun Bağlar məhəlləsi yaxınlığında relsin yanındakı su qövsünə beton tökən avtomobilin aparatına (beton nasosu) çırpılıb.

Zərbənin təsirindən maşinist kabinəsinin gövdəsindən ayrıldığı qatar təxminən 100 metr yol getdikdən sonra dayana bilib.

Qəzada sürücü kabinəsində olan Ali Akgül həyatını itirib, 2 sürücü isə yaralanıb.

Xəbər üzərinə qəza yerinə təcili yardım briqadası və xilasedicilər gedib.

Qatarda olan sərnişinlər əməkdaşlar tərəfindən təxliyyə edilib, yaralılar isə təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

QAZİLER.AZ

Diaspora